Qurddan müğənnilərə irad: "Vətəndaşların zövqünü korlamayın"

Qurddan müğənnilərə irad:  "Vətəndaşların zövqünü korlamayın"
938 dəfə oxunub
  • A-
  • A
  • A+
Reper Qurd geyim tərzindən danışıb.

Axşam.az-a açıqlama verən ifaçı müğənnilərə də məsləhətlər verib:

“Hər yerə uyğun geyim seçməyi sevirəm. Mənim üçün “dress cod” önəmlidir. Bir çox müğənnilərimiz bunu anlamırlar. Hansısa gecə tədbirinə idman stilində geyinmək gülməlidir. Gündəlik geyimlərimdə yüngül libaslara üstünlük verirəm. Brend libaslar da önəmlidir. Ən çox da “Philipp Plein” markasını bəyənirəm və onun siması olmağı arzulayıram. Müğənnilərimizə məsləhət görərdim ki, kişiyə yaraşmayan rənglərdən istifadə etməsinlər. Çünki azərbaycanlı kişilər geyimi və tərzi ilə fərqlənib. Vətəndaşların geyim tərzini korlamasınlar”.