Elton: "Həqiqətlər açılacaq"

Elton:  "Həqiqətlər açılacaq"
3814 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Elton Hüseynəliyev ünvanına deyilən tənqidi fikirlərə cavab verib.

Axşam.az-ın məlumatına götə, E.Hüseynəliyev son günlər yaşadığı qalmaqallarla bağlı bunları deyib:

“Həyat davam edir. Hələ müsahibələr və müharibələr çox olacaq. Əsas odur ki, kiminsə hesabına bu sənətə gəlmədik. Öz zəhmətimizlə, əziyyətimizlə gəldik. İmkan vermərəm kimsə mənimlə təhqirlə danışsın. Onlarla lazim olan yerdə görüşəcəyik. Müsahibədə nə demişəmsə, hamısının arxasındayam. Hər şey kənardan göründüyü kimi deyil. Həqiqətlər açılacaq”.

Qeyd edək ki, bu günlərdə E.Hüseynəliyevlə xalq artisti Brilliant Dadaşova arasında qalmaqal yaşanıb. Müğənni B.Dadaşovanı "Paxıl" adlandırıb.

Digər xalq artisti Aygün Kazımova E.Hüseynəliyevin xalq artisti Flora Kərimovanın yanında səsini ucaltması və Brilliant Dadaşova haqqında "Paxıl insan sənətkar olmaz" deməsinə əsəbiləşib. O, İnstaqram səhifəsində "Bir bunun davranışına, əl hərəkətlərinə baxın. Flora xanım kimi sənətkarın sözünü ağzında qoyur. Sənin nə həddindir ki, sən xalq artistləri haqda bu tonda rəy söyləyirsən?!” şərhini yazıb. A.Kazımova daha sonra E.Hüseynəliyevə tənqidi şeir yazıb.