"Fəxri adları pulla və "day-day"ı hesabına alırlar" - Nadir

"Fəxri adları pulla və "day-day"ı hesabına alırlar" -  Nadir
2531 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Nadir Qafarzadə fəxri adlarla bağlı qalmaqallı açıqlama edib.

Axşam.az-ın məlumatına görə, ifaçı xalq artisti Flora Kərimova ilə müğənni Elton Hüseynəliyevin “ATV maqazin onlarla” verilişindəki qalmaqalına fikir bildirib:

“Didin, parçalayın bir-birinizi. Bu millət nə vaxt düzələcək? Allah bizə ağıl ver, özümüz-özümüzə düşmən kəsilmişik. Ona görə də bizi bir millət kimi heç kim qəbul etmir. Çünki... Çünkilər çoxdur, hansını deyim. Bizə başqa düşmən lazım deyil. İndi sənətkar sözü o qədər ucuzlaşıb ki, fahişələr də “yaxşı sənətkardır” deyirlər. Onlar da sənətlə məşğuldurlar? Özünüzü yormayın, Azərbaycanda bir sənətkar varsa, o da Üzeyirdi (Üzeyir Mehdizadə - red.). Bitdi... Ən çox dinlənilən, baxılan, bir nömrə Üzeyir. Xalq və əməkdar artist adları əməyə və sənətkarlığa görə verilmir. Kimin "day-dayı"sı, arxası, tapşıranı var ona verirlər. 70 faizi belə alıb. Adi tamaşaçı bilməsə də, biz bilirik. Röya isə buna layiqdir".