Musiqili Teatrda yeni uşaq tamaşası hazırlanır

Musiqili Teatrda yeni uşaq tamaşası hazırlanır
420 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Musiqili Teatrında yeni uşaq tamaşasının məşqlərinə başlanılıb.

Qurumun mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, “Qızıl cücə” adlanan nağıl-tamaşanın müəllifləri V.Ulyanovskiy və V.Orlovdur. Teatrın rus bölməsi tərəfindən hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Əməkdar Artist Svetlana Bulaxdır.

“Tamaşamız uşaqları əyləndirməklə yanaşı, həm də onların intellektinin inkişafına yardımçı olacaq. Bu səhnə əsərinin çox maraqlı süjet xətti var. Ümumiyyətlə, tamaşanın əsas məğzini mərhəmət, qayğı, sevgi təşkil edir. Sevginin ən qəddar məxluqu belə mərhəmətli etməsi tamaşa boyu xüsusi vurğulanır”, - deyə Svetlana Bulax bildirib.

Qeyd edək ki, tamaşada rolları əməkdar artist Svetlana Bulax, aktyorlar Marina Litvinenko, Emil Heydərov, Mehriban Zalıyeva, Rauf Babayev və başqaları ifa edəcəklər.