"İşte benim stilim"in iştirakçısı 2 ilədək həbs oluna bilər

"İşte benim stilim"in iştirakçısı 2 ilədək həbs oluna bilər
5517 dəfə oxunub
  • A-
  • A
  • A+
“Best Model of Turkey 2006”-nın qalibi və “İşte benim stilim” yarışmasının iştirakçısı Neslihan Önder məhkəməlik olub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, model sərxoş halda avtomobil idarə etdiyinə görə 2 ilədək həbs oluna bilər. Polislərin spirtli içki müayinəsi zamanı Neslihanın 1,14 promill sərxoş olduğu üzə çıxıb. Bu səbəbdən polis bölməsinə aparılan N.Önder sərxoş halda avtomobil idarə etdiyini boynuna alıb.

Onun sürücülük vəsiqəsinə 6 ay müddətinə istifadə məhdudiyyəti qoyulub.

Neslihan haqqında isə “nəqliyyat təhlüksəziliyini pozma” maddəsi və onun 2 ilədək həbsi tələbi ilə cinayət işi açılıb. N.Önderin məhkəməsi Asliye Cəza Məhkəməsində keçiriləcək.