Brilliant Dadaşova: "Kimə nə?"

Brilliant Dadaşova:  "Kimə nə?"
4632 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq Artisti Brilliant Dadaşova dinləyicilərinə yeni mahnısını təqdim edib.

Axşam.az-ın məlumatına görə, müğənni bu dəfə türk sənət musiqisinə müraciət edib. "Kimə nə?" və Neşet Ertaşın "Dane-dane" türkülərini birlikdə yeni versiyada ifa edən B.Dadaşova təəssüratlarını bölüşüb:

"Oxuduğum türkülərin hər ikisi uşaqlıqdan dinlədiyim və bəyəndiyim parçalardır. “Çahargah” muğamı üstündə bəstələnən mahnıların ifası asan olmasa da, dəfələrlə canlı televiziya proqramları, konsertlər və digər mərasimlərdə bu musiqiləri oxumuşam. Buna görə də dinləyicilərimə bu musiqilər çoxdan tanışdı və onların istəyi ilə hər ikisini birləşdirib, popuri kimi lentə aldırdım”.

Yaradıcılıq işləri ilə bağlı bir müddətdir Türkiyədə olan B.Dadaşova söz və musiqisi Nigara aid olan "Bu bana hakksızlık" adlı yeni mahnı da hazırlayır.