Kolbasa salatı, Şokoladlı rahathulqum - "Günün menyusu"

Kolbasa salatı, Şokoladlı rahathulqum -  "Günün menyusu"
2082 dəfə oxunub
  • A-
  • A
  • A+

Axşam.az "Günün menyusu"nu təqdim edir:

Şokoladlı rahathulqum

Ərzaqlar:
Yoqurt - 3 qutu
Şokoladlı peçenye -300 qr.
Jelatin - 15 qr.
Vanil - 1 paket
Süt - 1/2 stəkan

Hazırlanması:
Jelatini südlə qarışdırıb, vam odda əriyənə qədər bişir. Yoqurtu vanillə qarışdırıb, jelatinə əlavə et. Peçenyeləri əzib, bir qaba yığıb, üzərinə yoqurtlu qarışığı tök. Üstünə xırdalanmış şokolad əlavə edib, soyuducuda 1 saat saxladıqdan sonra süfrəyə ver.



Pendirli əriştə şorbası

Ərzaqlar:
Süd - 2,5 st.
Yumurta - 3 ədəd
Duru pendir - 3 st.
Kərə yağı - 1 x/q.
Ət bulyonu
Duz zövqə görə
Un apardığı qədər
Soğan - 1 ədəd

Hazırlanması:
Süd, yumurta, 2 stəkan pendir və undan ibarət xəmir yoğur. Xəmirləri əriştə formasında doğra. Kənarda soğanı xırda doğrayıb, yağda qızart. Üzərinə ət suyunu və duzu əlavə edib, qaynayana qədər vam odda saxla. Sonra qarışdıra-qarışdıra əriştələri əlavə et. Sonda qalan pendiri əlavə edib, qarışdır və bir dəfə qaynadıb süfrəyə ver.

Kolbasa salatı

Ərzaqlar:
Kolbasa - 400 qr.
Pendir - 400 qr.
Konservləşdirilmiş xiyar - 3 ədəd
Soğan - 1 ədəd
Şərab sirkəsi - 2 x/q.
Şirin xardal - 1 ç/q.
Bitki yağı - 6 x/q.
Göyərti, duz və istiot zövqə görə

Hazırlanması:
Pendiri, xiyarı və kolbasanı qırda doğrayıb, kənara qoy. Soğanı xırdalayıb, üzərinə sirkə, xardal, duz və istiot töküb, qarışdırdıqdan sonra bitki yağını əlavə et. Sonra ərzaqları bir-birinə qarışdırıb, soyuducuda yarım saat saxla. Tavaya kahı düzüb, üzərinə salatdan töküb, süfrəyə verin.