Vasifin saqqal məsələsinə etiraz: "Çox ağır söhbətdir"

Vasifin saqqal məsələsinə etiraz:  "Çox ağır söhbətdir"
1785 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Vasif Məhərrəmlinin saqqal saxlayan kişiləri pisləməsi şou-biznes nümayəndələri arasında birmənalı qarşılanmayıb.

Axşam.az-ın məlumatına görə, həmkarının bu sözlərinə "MUZ TV"-yə müsahibə verən müğənni Niyam Salami etiraz edib:

“Bu çox ağır söhbətdir. Bunu efirdə etməzdi, bu dərəcəyə çatdırmazdı. Saqqal əsl müsəlman üçündür. Mənə yaraşır. Bank işçisi deyiləm ki, üzüm təmiz olsun. Kişinin təmizliyi saqqalından və dişindən bilinir. Yəqin Vasif saqqala qulluq edə bilmir. Ona görə də belə fikirdədir”.

Müğənni Yaşar Yusub da saqqal saxlamağı sevdiyini deyib:

“Kişinin üçü təmiz də ola bilər, saqqallı da. Peyğəmbərimizin də üzündə saqqal olub. Saqqal saxlamaq pis deyil. 5 ildən çoxdur ki, bu imicdəyəm”.