"Özümü öldürmək istəmişəm" - Elton

"Özümü öldürmək istəmişəm" - Elton
1891 dəfə oxunub
  • A-
  • A
  • A+
“25 yaşımdan sonra tez-tez depressiyaya düşmüşəm. Bu da məni təkliyə aparır”.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Elton Hüseynəliyev “Bizimləsən” verilişində deyib. Sənətçi ona edilən cadulardan danışıb:

“Tək qalanda insan şeytanla bərabər olur. İnsan başlayır düşünməyə ki, heç kimə lazım deyilsən. Bu da səni ölümə sürükləyir. İnsanın depressiyaya düşməməsi üçün ailədə səmimilik və yaxşı dostunun olması lazımdır. Mən qara magiya ilə də mübarizə aparmışam. Bu gün də mənə əməl edirlər. Saçımın tükünə belə əməl edilib. Bir dəfə özümü öldürmək də istəmişəm.
 
Cadunu kimin etdiyini dəqiq bilməsəm də, şübhələndiyim var. Allaha sığınaraq bundan qurtula bilərsən. Amma dildə demək asandır. 25 yaşıma qədər ətrafımda dindar adamlar olub. Sonra onlardan uzaqlaşdım. İndi 1 ildir, istədiyim həyatı yaşayıram. Gənclərə məsləhət görürəm ki, ürəklərində olan dərdi, sıxıntını bölüşsünlər”.