"Oturub çoxlu ağlayıram" - Sevda

"Oturub çoxlu ağlayıram" -  Sevda
3332 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Sevda Sanəliyeva depressiyaya düşməsindən danışıb.

Axşam.az-ın məlumatına görə, sənətçi anasına görə ağır günlər keçirdiyini bildirib:

“Müğənnilər həssas olur. Ən xırda məqamdan depressiyaya düşürük. Mənə yaxın olan insandan zərbə görəndə belə hala düşürəm. Mənim depressiyalarım hər zaman uzun çəkib. Bir dəfə öz səhhətimə görə 3 il, sonra anam xəstələndi və 2 il depressiyaya düşdüm.  İşləmək, səhnəyə çıxmaq maraqsız gəlirdi. Daha sonra isə ailə qurdum və sənətimə ara verdim. İndi depressiyadan çıxmağın yolunu bilirəm. Oturub çoxlu ağlayıram, durub üzümü yuyub, işimə gedirəm. Mənim axı övladım var, olmaz bu hal”.