Pyer Rişar metroda - fotolar

Pyer Rişar metroda - fotolar
1206 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünya şöhrətli fransız aktyor Pyer Rişar Moskvada metroda görüntülənib.
 
Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, aktyor yer altında səyahətə çıxmaq qərarına gəlib. Bir neçə metro işçisi ilə qatara minən Pyer sərnişinlərin marağına səbəb olub. Moskva metrosunun səliqəsindən söz açan P.Rişar ölkəsində belə atmosferin olmadığını bildirib:
 
“Fransada belə metro yoxdur. Orada adi metrodur. Moskvalıların muzeyə getmələrinə ehtiyac yoxdur”.

Xatırladaq ki, fransız aktyor “III Pyer Riçard” mono-tamaşasının nümayişi üçün fevralın əvvəllərindən Rusiyadadır.