Rozadan həmkarlarına müraciət: "İnsanları qıcıqlandırmayaq"

Rozadan həmkarlarına müraciət:  "İnsanları qıcıqlandırmayaq"
1147 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Roza Zərgərli həmkarlarına səslənib.

Axşam.az-ın məlumatına görə, sənətçi sosial şəbəkədə yemək fotoları paylaşanları qınayıb:

“Həmkarlarıma və dostlarıma müraciət edirəm: dünən yeməklə bağlı status yazdım və başa düşdüm ki, insanlar həqqətən qıcıqlanır. Sənətçilərin sosial şəbəkədə yerləşdirdikləri yemək şəkillərindən, dəbdəbəli həyat tərzindən, bahalı avtomobillərdən, villalardan əsəbiləşirlər. Biz sənətçilərə dəyər verən bu xalqdır. Biz azdan-çoxdan nəsə qazanmışıqsa, bizi hansısa hərəkətimizə görə qınayan, tənqid edən insanların sayəsində nail olmuşuq. Əgər bu insanlar, bu xalq bizi yüksəldibsə, deməli, qınamağa da haqqı var. Biz də onların bizə tutduğu iradları nəzərə almalıyıq. Belə bir deyim var, "Ruzini verən Allahdır". Amma gəlin bəndələrimizi də unutmayaq. Əgər öz hərəkətlərimizi kənardan görüb, özümüzü qınaya bilmiriksə, o zaman həmin çörəyi iz də itirə bilərik.

Evdə bişirdiyimiz dadlı təamların, haradasa oturanda süfrənin şəklini az paylaşmalıyıq. Çünki bizi izləyən hamilə qadınlar, imkansız insanlar var. Mən özümü qıraqdan görüb bu iradları tutdum. Hansısa insan mənim paylaşımlarıma görə pis olubsa, üzürlü saysın. Sənət dostlarıma da bu haqda müraciət edirəm ki, bir az düşünsünlər”.

Qeyd edək ki, R.Zərgərlinin bir neçə gün əvvəl paylaşdığı yemək şəklinə bir oğlan "Şəkli sil, yoldaşım hamilədir. İstəsə, ala bilməyəcəm" şərhini yazmışdı.