"İllərimi sənətə verdim, amma..." - Sədaqət Dadaşova

"İllərimi sənətə verdim, amma..." -  Sədaqət Dadaşova
10913 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Brilliant Dadaşovanın aktrisa bacısı, FOX TV-də yayımlanan “Zuhal Topalla izdivaç” verilişinə qatılan Sədaqət Dadaşova şikayətlənib.

Axşam.az-ın məlumatına görə, S.Dadaşova sosal şəbəkədə status yazaraq illərdir sənətinə görə ona qiymət verilmədiyini bildirib:

“Ay mənim dostlarım, əzizlərim... Gördüyünüz kimi bir günün içində gündəmə gəlib, Azərbaycanın önəmli mövzusuna çevrilmək üçün 1 dəqiqəlik şou yetərli idi. İllərimi sənətə verdim. Amma görünür ki, sənət heç kimə maraqlı deyil. Çoxu qalmaqal axtarışındadır. İndi sübut etdim ki, ölkəmizdə bir-iki kəlmə sözlə gündəmi zəbt etmək su içmək qədər asandır”.

Qeyd edək ki, xalq artisti Rəfael Dadaşovun keçmiş həyat yoldaşı olan Sədaqət Oqtay adlı bir kişi üçün namizəd olmuş, sonra onla razılığıa gəlməmişdi. Verilişdə iştirakını davam etdirən aktrisa üçün Asif adlı kişi zəng vurub, onunla 27 il əvvəl sevgi yaşadığını demişdi. Asifin dediklərini təsdiqləyən S.Dadaşova ondan bir övlad dünyaya gətirdiyini də bildirmişdi:

"Onunla 7 il eşq yaşadıq. Ailəli idi, övladları da varıydı. Mənə dedi ki, uşaq dünyaya gətir, sənlə evlənim. Mən də uşaq dünyaya gətirdim, amma sözündə durmadı. Dörd övladım var. Onlardan biri bu kişidəndir. Digər üç övladımın atası isə əmim oğludur (xalq artisti Rəfael Dadaşov – red.). Əbəs yerə buraya zəng edib. Bizim aramızda hər şey bitib”.