Doldurma göbələk, "Gül" peçenye - "Günün menyusu"

Doldurma göbələk, "Gül" peçenye -  "Günün menyusu"
3192 dəfə oxunub
  • A-
  • A
  • A+

Axşam.az "Günün menyusu"nu təqdim edir:

Doldurma göbələk

Ərzaqlar:
Göbələk - 20 ədəd
Badımcan - 2 ədəd
Zeytun yağı - 4 x/q.
Qoz - 1/2 st.
Cəfəri, keşniş və şüyüd - 1/2 St.
Holland pendiri, duz və istiot zövqə görə

Hazırlanması:
Göbələkləri təmizləyib yuyub, başlarını ayırın. Badımcanı daı xırda doğrayıb, duzlayaraq, acısının çıxmasını gözləyin. Badımcanı yuyub sıxın və əvvəlcədən isidilmiş zeytun yağına töküb, qovurun. Soyuduqdan sonra üzərinə əzilmiş qoz, xırda doğranmış göyərti, duz və istiot əlavə edin. Göbələkləri tavaya yerləşdirib, içərisinə badımcanlı qovurmadan töküb, üzərinə rəndələnmiş Holland pendiri əlavə edin. 20 dəqiqə 180 dərəcəlik sobada bişirin.



"Gül" peçenye

Ərzaqlar:
Yumurta - 2 ədəd
Duru yağ - 2 x/q.
Qatıq - 2 x/q.
Sirkə - 1 x/q.
Qabartma tozu - 1 paket
Kərə yağı - 125 qr.
Əzilmiş qoz - 1 st.
Nişasta - 2 x/q.
Un apardığı qədər

Şərbət üçün:
Şəkər tozu - 2 st.
Su - 1,5 st.
Limon şirəsi - 1 ç/q.

Hazırlanması:
Kənarda şəkər tozu və su ilə şərbət hazırla. Qaynadıqdan sonra içərisinə limon şirəsi töküb, soyumağa qoy. Qaba yumurta, duru yağ, qabartma tozu və sirkə töküb qarışdır. Üzərinə un əlavə edib, yumşaq xəmir hazırla və 15 dəqiqə gözlə. Sonra xəmirdən kiçik kündələr düzəldib, nişasta ilə boşqab böyüklüyündə yay. Ortasını birləşdirib içərisinə qoz töküb, şəkildəki formanı ver. Yağlanmış tavaya düzüb, üzərinə əridilmiş kərə yağı tök. Əvvəlcədən isidilmiş sobada qızarana qədər bişir. Hazır olduqdan sonra üstünə şərbət töküb, əzilmiş fındıq səp.



"Lovo"

Ərzaqlar:
Hinduşka filesi - 300 qr.
Qoyun əti - 300 qr.
Dana əti - 300 qr.
Qaraciyər - 300 qr.
Kabaçok - 1 ədəd
Bitki yağı - 1/3 st.
Sarımsaq - 5 diş
Göyərti, ədviyyat, duz və istiot zövqə görə

Hazırlanması:
Hinduşka, qoyun, dana əti və ciyəri eyni ölçüdə doğrayıb, yağda yumuşalana qədər qovur. Üzərinə xırda doğranmış sarımsağı və kabaçoku tök. Sonda ədviyyatı, xırda doğranmış göyərtini, duz və istiotu əlavə et.