"O mənim 15 illik rəfiqəmdir" - Gülay

"O mənim 15 illik rəfiqəmdir" -  Gülay
9460 dəfə oxunub
  • A-
  • A
  • A+
“Sənət aləmində cəmi bircə insanla rəfiqəlik edirəm. Qalan hamıyla aramızda ancaq “salam-sağ ol” var”.

Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Gülay Zeynallı deyib. İfaçı sənətdəki rəfiqəsindən danışıb:

“Mənim ən yaxın rəfiqəm tarzən Humay Qədimovadır. 15 ildir onunla rəfiqəlik edirəm. Ailəvi get-gəlimiz olan sənət adamları da var”.

G.Zeynallı efir qadağalarından da bəhs edib:

“Heç vaxt elə şərait yaratmamışam ki, mənə efir qadağası qoyulsun. Danışığımla, davranışımla, geyimimlə seçilib, ədəb-ərkanıma fikir vermişəm. Allaha şükür ki, hamısı yerindədir. Amma efir qadağasına pis baxmıram. Yaxşıya qiymət verilməlidir. Nəyinki müğənni, danışığını bilməyən aparıcını da efirə buraxmamalıdırlar”.