Sevincin "Həsrətindəyəm"i xaricdə də nümayiş olunacaq - fotolar

Sevincin "Həsrətindəyəm"i xaricdə də nümayiş olunacaq -  fotolar
1618 dəfə oxunub
  • A-
  • A
  • A+
Bəstəkar Sevinc Tofiqqızı “Həsrətindəyəm” kompozisiyasına klip çəkdirib.

Axşam.az-a açıqlama verən bəstəkar kompozisiyanın yaranmasından bəhs edib:

“Həsrətindəyəm” sənətimdə ən birinci yeri tutur. Bəstəkarlıq sənətinə gəldikdə işim bu kompozisiyadan başlayıb. Mən vətənimi çox sevirəm. Qürbətdə olanda Bakı üçün darıxıram. Bunu da həmin ərəfədə yazmışam. Azərbaycan günü-gündən gözəlləşir. Buna görə də ölkə başçımız İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm. Kompozisiyam vətənini sevənlərə həsr olunub. Ekran işi də vətənpərvərlik mövzusundadır. Klip martda təqdim olunacaq. Təkcə Azərbaycanda yox, xarici ölkələrdə də nümayişi nəzərdə tutulub”.

Ekran işinin rejissoru Rauf Sahiboğlu, operatoru isə Mürşüd Vəliyevdir.