Nigar üçün özəl gün
Bu gün müğənni İradə İbrahimovanın bacısı, vizajist Nigar İbrahimovanın qızı Selcanın ad günüdür.
Axşam.az-ın məlumatına görə, vizajist təəssüratlarını bölüşüb:
“Canım qızım, bir il bundan qabaq mənə gəldikdə gözlərim dolmuşdu. Gözlərin gözümə dəydi, mənim həqiqi ad günüm o vaxtdan oldu. Sən və sənin kimilər hər zaman gülsün. Dünyaya gəlmək əlində deyil, Yaradan yaratmış. Hərə həyat səhnəsində bir rol alır. Pislər nifrətlə, yaxşılar sevgiylə yaşayır. Övladım, sən böyüyəndə sevgi ilə yadda qalmağa çalış. Yoxsa bu dəniz nə uşaqlar udub fərqinə varmadan. Sən əvvəlcə üzməyi öyrənəcəksən ki, boğulmayasan.
Allah hər kəsin övladını pisliklərdən, mərdimazarlardan, nəfsdən uzaq eləsin. Olmayanlara övlad qismət etsin. Uşaqlarımızın xoşbəxt günlərini doyunca görək. Son nəfəsimə qədər gözümü gözündən, əlimi əlindən ayırmayacağam. Varlığın varlığımdır, canım qızım. 1 yaşın mübarək”.
Qeyd edək ki, N.İbrahimova Ruslan Sanıyev adlı şəxslə ailə qurub.