İcazəsiz filmləri nümayiş etdirən 2 min cərimələnəcək

İcazəsiz filmləri nümayiş etdirən 2 min cərimələnəcək
907 dəfə oxunub
  • A-
  • A
  • A+

Mədəniyyət və Turizm Nazirliyi İnzibati Xətalar Məcəlləsində dəyişikliklə bağlı məlumat yayıb.

Axşam.az xəbər verir ki, məlumata görə, mülkiyyət formasından, buraxılış vaxtından və yerindən, texnikasından və istehsal üsullarından asılı olmayaraq milli, xarici və ya müştərək bədii, xronikal, sənədli, elmi-kütləvi, təhsil, cizgi və başqa janrlarda çəkilmiş filmlərin qanunsuz nümayişi, pornoqrafiya və zorakılıq təbliğ edən filmlərin yayımının qarşısının alınması, tamaşaçı auditoriyasının yaş kateqoriyalarının müəyyənləşdirilməsi məqsədilə Azərbaycan ərazisində yayımına və kütləvi nümayişinə icazə verilən bütün filmlər Mədəniyyət və Turizm Nazirliyində qeydə alınmalı və filmlərin dövlət reyestrinə daxil edilməlidir.

İnzibati Xətalar Məcəlləsinin 223-11-ci maddəsinə əsasən kino və videofilmlərin Filmlərin Dövlət Reyestrində qeydiyyata alınmadan Azərbaycan ərazisində yayımına və kütləvi nümayiş etdirilməsinə görə iki min manat miqdarında cərimə edilir. Bu səbəbdən də nazirlik ölkəmizdə yayım üçün nəzərdə tutulan filmlərin Mədəniyyət və Turizm Nazirliyində qeydə alınmasını və filmlərin dövlət reyestrinə daxil edilməsini tövsiyə edir.