"Heç vaxt pəhriz saxlamamışam" - Vəfa

"Heç vaxt pəhriz saxlamamışam" -  Vəfa
2886 dəfə oxunub
  • A-
  • A
  • A+
“Bu yaşıma kimi pəhriz saxlamamışam. Hərdən izləyicilər, yaxınlarım deyir kökəlmisən. Onda deyirəm, "Vəssalam... Həftənin ilk günündən pəhriz saxlayacam”. Amma etmirəm”.

Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Vəfa Zeynalova “Yeri gəlmişkən” verilişində
deyib:

“Yeməyə meyilli insan deyiləm. Əl altında nə olsa yeyirəm. Çörək sevmirəm. İsti təndir çörəyi olanda bir az yeyirəm. Bəzən elə olur ki, işimin çoxluğundan gündüz yemirəm. Bir peçenye və kofe ilə yola verirəm. Amma axşam saat 6-dan sonra oturub nə gəldi yeyirəm. Mənim üçün yeməkdə sərhəd yoxdur. Doymağı hiss etmirəm. Bir dəfə aktrisa Sənubər İsgəndərli ilə qərar veedik ki, hər axşam bulvarda gəzək. İki gün etdik, sonra fikrimizdən daşındıq. Kənardan o qədər telefonla çəkirdilər ki...”.