Şəhriyara xanım pərəstişkarından evlilik təklifi

Şəhriyara xanım pərəstişkarından evlilik təklifi
3215 dəfə oxunub
  • A-
  • A
  • A+
“Bu yaxınlarda bir xanımdan evlilik təklifi aldım. İnstaqramda mənə türk dilində yazmışdı ki, “Benimle evlenirmisin?”. Yazdım ki, şəklinizi göndərin, bilim kimlə danışıram. Bəlkə oğlansan...”.

Axşam.az-ın məlumatına görə, bu sözləri aparıcı-aktyor Şəhriyar Əbilov “Qonaq gəl bzə” verilişində deyib. 37 yaşlı aparıcı hələ də subay olmağının səbəblərini açıqlayıb:

“Mənim üçün evlənmək çox çətindir. Hərdən fikirləşirəm ki, yəni mən bir xanım tapa bilmirəm? Qızın gözlərinə baxanda, deməliyəm ki, “Bu övladlarımın anasıdır”. Həyat yoldaşım daxilən yaradıcı olmalıdır. Mənim dostum olmalıdır. Mən onun həyatını analiz edəcəm, onu araşdıracam. Gözəllik də vacibdir. Hərtərəfli məni qane etməlidir. Bu səbəblərə görə mən hələ də evlənməmişəm. Hazırda ailəmlə birlikdə yaşayıram. Atama, anama, bacıma mən baxır, evin bütün xərclərini ödəyirəm. Evimiz böyükdür, amma evlənəndə ayrı yaşayacam. Onda daha şirin olursan. Bilirəm ki, xərclərim artacaq. Evlənəndən sonra da valideynlərimə baxacam”.