Həftsonu Bakıda bu yollar bağlı olacaq

Həftsonu Bakıda bu yollar bağlı olacaq
788 dəfə oxunub
  • A-
  • A
  • A+
Bakı şəhəri Neftçilər prospektinin Azneft dairəsinin “Four Seasons” hoteli tərəfdə olan hissəsində asfalt qatının dəyişdirilməsi ilə əlaqədar aparılan təmir işləri səbəbindən fevralın 13-də şənbə günü saat 06:00-dan etibarən Niyazi küçəsinin bu dairədən İstiqlaliyyət küçəsinədək olan hissəsində nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq.

Bu, "Bakı Şəhər Halqası"ından (Baku City Circuit) Axşam.az-a daxil olan məlumatda bildirilib.

Qeyd edək ki, həmin gün həm Neftçilər prospekti, həm də İstiqlaliyyət küçəsi avtomobillərin hərəkətinə açıq olacaq. Niyazi küçəsində tətbiq olunan bu qadağa fevralın 14-də bazar günü səhər saatlarında aradan qaldırılacaq.

Digər tərəfdən, fevralın 14-də səhər saatlarından etibarən İstiqlaliyyət küçəsinin Niyazi küçəsi və Azərbaycan prospekti ilə olan kəsişmələri arasında qalan hissəsində nəqliyyatın hərəkətinə icazə verilməyəcək. Burada qoyulmuş məhdudiyyət fevralın 15-i səhər saatlarınadək davam edəcək.

Xatırladaq ki, yarışdan öncə salınacaq və "Formula-1"  yarışı standartına cavab verən yenilənmiş yollar daimidir. Bu yollar "Qran-Pri"dən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.