Keyt Midltonun əkizləri olacaq

Keyt Midltonun əkizləri olacaq
5669 dəfə oxunub
  • A-
  • A
  • A+
Üçüncü dəfə hamilə olduğu deyilən Kembric hersoginyası Keyt Midltondan yeni xəbər var.

Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, şahzadə Uilyamın xanımının əkiz qız anası olacağı ortaya çıxıb. Kral ailəsinə yaxın mənbə xəbər verir ki, Keytin əkiz övlad gözləməsi Kensinqton sarayında narazılıqla qarşılanıb. Hətta Uilyam ona UZİ müayinəsinin nəticələrini göndərən K.Midltona “Sən zarafat edirsən? Biz indi daha bir uşağa sahib ola bilmərik” deyib.
 
Mənbənin bildirdiyinə görə, Keyt 12 həftəlik hamilədir. Keytlə Uilyamın Anmer-holl şəhərətrafı rezidensiyaya köçəcəkləri də deyilir.

Xatırladaq ki, K.Midltonun hamilə olması xəbərləri ötən həftə Qərb KİV-ində yayılıb. Hersoginyanın bu hamiləliyi də çətin keçirdiyi, yüksək toksikozdan əziyyət çəkdiyi yazılıb. Bu səbəbdən onun hətta rəsmi tədbirlərdə iştirak etmədiyi də qeyd olunub. Keytin hamiləlik xəbərləri isə kral ailəsi tərəfindən rəsmi şəkildə təsdiqlənməyib.

Qeyd edək ki, Keytlə Uilyamın Corc və Şarlotta adlı iki uşağı var.