"Yeni burnumu çox sevdim" - fotolar

"Yeni burnumu çox sevdim" - fotolar
9445 dəfə oxunub
  • A-
  • A
  • A+
Rol aldığı yarışmalar və şoularla tanınan televiziya məşhuru Şarlotta Krosbi plastik əməliyyat etdirib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ötən ay bıçaq altına yatan Şarlotta əməliyyatdan sonra çəkilmiş fotolarını sosial şəbəkədə paylaşaraq “Nəticədən razıyam” yazıb. Bir müddətdir atdığı artıq çəkiləriylə gündəmdə olan şou iştirakçısı bu əməliyyatdan sonra özünü çox yaxşı hiss etdiyini bildirib.

Hər gün güzgüyə baxdığını deyən 25 yaşlı Ş.Krosbi “Burnumun yeni görünüşü üzümü tamamilə dəyişdirdi. Mən bu dəyişikliyi, yeni burnumu çox sevdim” söyləyib.