Corc Kluni ilə xanımı Merkellə görüşdü

Corc Kluni ilə xanımı Merkellə görüşdü
1169 dəfə oxunub
  • A-
  • A
  • A+
Hollivud ulduzu Corc Kluni vəkil həyat yoldaşı Amal Kluni ilə birlikdə Almaniya kansleri Angela Merkellə görüşüb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, aktyor birinci xanımla ölkənin miqrasiya problemlərini müzakirə edib. Kluni bildirib ki, Suriya münaqişəsi zamanı əziyyət çəkən insanlara öz ərazisində sığınacaq verilməsi məsələsində Almaniyanı dəstəkləyir.

Rəsmi görüş bir saatadək davam edib. Corcla Amal Merkellə Yaxın Şərqdəki böhrandan da danışıblar. Angela Merkel bildirib ki, Almaniya hələ İkinci dünya müharibəsindən qaçqınların qəbulu məsələsi ilə məşğul olur. Almanlar onlardan siyasi sığınacaq istəyən, demək olar ki, hər ikinci suriyalını qəbul edir.
 
Qeyd edək ki, Corc Kluni 2008-ci ildən BMT-nin xoşməramlı səfiri kimi fəaliyyət göstərir və fəal şəkildə ABŞ-ı daha çox qaçqına sığınacaq vermək üçün dəstəyə çağırır. Aktyor açıqlamasında “Mən bütün gücümlə Sudanda, Darfurda baş verənlərlə bağlı film çəkmək imkanı qazanmaq istəyirəm. Amma hələ ki, yaxşı ssenari yoxdur. Heç kim pis film ərsəyə gətirmək istəməz. Amma bu işi ləyaqətlə görmək üçün hələ də şans var” deyib.

Xatırladaq ki, Corc Kluni 2006-cı ildə mövzusu Yaxın Şərqdəki silahlı münaqişələr haqda olan “Suriyalılar” filminə çəkilib.