"Xəbər yayıblar ki, ağır xəstəyəm" - Fatimə

"Xəbər yayıblar ki, ağır xəstəyəm" -  Fatimə
2133 dəfə oxunub
  • A-
  • A
  • A+
Rəqqasə Fatimə Fətəliyevanın ağır xəstəliyə tutulması xəbəri yayılıb.

Axşam.az-ın məlumatına görə, sənətçi şayiələrə son qoyub. O, adi qrip olduğunu bildirib:

"Son zamanlar mənim haqqımda sağlamlığımla bağlı ağlasığmaz rəy formalaşdırmağa çalışırlar. Guya ağır xəstəyəm. Bəli, qrip olmağımla bağlı müsahibə vermişəm. Bunu şişirdib ediblər, pis xəstəlik. Başa düşmürəm adi qrip nə vaxtdan ağır xəstəlik olub? Dostlar, bunlar sadəcə boş şayiələrdir. Mən sağlamam və işlərimin başındayam. Hələ sizlərə çox gözəl rəqs hədiyyə edəcəm. Bu söz-söhbət nə sizi, nə də məni ruhdan sala bilməz. Gümraham, sağlamlığımda yerində. Şükür olsun bu günümüzə".