ATV-dən İbrahimə dəstək - video

ATV-dən İbrahimə dəstək - video
3163 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanlı tələbə İbrahim Fərhadlının Türkiyədə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilməsi barədə xəbər vermişdik.

Bakı Dövlət Universitetini bitirən həmyerlimiz magistratura təhsili aldığı İstanbul Texniki Universitetində imtahanda iştirak üçün İstanbula gedib. Təyyarədən endikdən sonra halı dəyişib, müayinə üçün qaldığı yerə yaxın xəstəxanaya aparılıb. Tələbəyə leykoz diaqnozu qoyulub. Vəziyyəti çox ağır olduğundan həkimlər imtahanın ikinci mərhələsinə girməyinə belə izn verməyiblər və dərhal reanimasiya şöbəsinə yatırılıb.
 
Bu xəstəxanada cəmi 2 gün içərisində 13,300 dollar borc yazılıb. Medopil klinikası getdikcə artan bu miqdarı ailəsinin təkbaşına ödəyə bilməyəcəyini öyrəndikdən sonra artıq xəstəxanada saxlamaq istəməyib. Dostların köməkliyi ilə İbrahimi başqa bir xəstəxanaya köçürməli olublar.

İbrahim Fərhadlının müalicəsinə olduqca böyük vəsait tələb olunduğundan ölkə ictimaiyyət dəstək kampaniyasına start verib, bank hesabları açılıb.

Bu arada ATV-nin aparıcıları və yaradıcı heyəti İbrahim Fərhadlıya dəstək məqsədi ilə video-rolik hazırlayıb. Həmin roliki təqdim edirik.

İbrahim Fərhadlıya dəstək kampaniyası