"Deyirlər ki, o biri balamla maraqlanmıram" - Samir əsəbiləşdi

"Deyirlər ki, o biri balamla maraqlanmıram" -  Samir əsəbiləşdi
7647 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Samir Piriyev sosial şəbəkə övladları ilə bağlı yazılan tənqidlərə cavab verib.

Axşam.az-ın məlumatına görə, ifaçı ilk evliliyindən olan qızına baxmaması ilə bağlı yayılan şayiələrə son qoyub:

"Bəzilərinə demək istəyirəm ki, gedin öz həyatınızın eyiblərini örtün. Başqasının şəxsi həyatına, ailəsinə bilmədən burnunuzu soxmayın. Hər şeyi bilən tək Allahdır. Heç kəsin haqqına girməyin, günahını almayın. Siz kimdənsə ağıllı deyilsiniz ki, başqasına məsləhət verəsiniz. Əgər düşünürsünüz ki, mən o biri balamla maraqlanmıram, onu görmürəm, demək sizin qəlbiniz qaradır. Siz bunu elə görmək istəyirsiniz. Mən atayam və 3 övladım var. Onlar mənim canım, ciyərim, qanımdır. Onların hər birinə görə ölümə belə gedərəm. Hamısının da arxasında dağ kimi dayanmışam. Allah nə qədər ömür versə, o qədər də dayanacam. İnşallah... Amma siz həqiqəti bilmədən mənim və xanımımın haqqına girirsiniz. Allahdan qorxun. Əgər mən tufeyli həyat istəsəydim, indi belə gözəl ailəm olmazdı. Bir insana başqasının eyibini açmaq yaraşmaz. Siz məni nə qədər günahkar hesab etsəniz də, ailəm haqqında mən ölənəcən susacam. Bu açıqlamanı isə sizin günahlarınızın bundan sonra artmaması üçün verdim. Adamı balası ilə şəkil paylaşmağa peşman etməyin".

Qeyd edək ki, S.Piriyevin ilk evliliyindən bir qızı, ikinci ailəsindən isə bir qız, bir oğlan övladı var.