Nadir Qafarzadə üçün özəl gün

Nadir Qafarzadə üçün özəl gün
3337 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün müğənni Nadir Qafarzadənin ad günüdür.

Axşam.az-a açıqlama verən ifaçı bildirib ki, bu münasibətlə dostlarını bir araya yığacaq:

“Məni tanıyan yaxınlarım bilir ki, dəbdəbəli ad günlərini sevmirəm. Yəni restoranların birində ad gün keçirib, şou-biznes əhlini və yaxın dostlarımı bir araya yığa bilərdim. Amma bu mənim heç ağlımdan da keçməyib. Çünki onları əziyyətə salmaq istəmirəm. Onsuz da indi hər kəsin özünə dair problemləri, işləri var. Bu il doğum günüm bir neçə gün əvvəl qeyd edildi. Keçən həftə "Space"də, ötən gün isə ATV-də “Hər axşam” verilişində qeyd olundu. Bu gün isə ailə üzvlərim və yaxın dostlarımla birgə olacam. Bir çox insanlardan təbriklər və hədiyyələr aldım"

Qeyd edək ki, N.Qafarzadə 1971-ci ildə Şabran rayonunda anadan olub. Müğənninin Loğman və Əziz adlı iki oğlu var.