Tellidən Xatuna: "Gəlsin, qızıllarımı verim ona"

Tellidən Xatuna:  "Gəlsin, qızıllarımı verim ona"
6364 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu dəfə aşıq Telli Borçalı müğənni Xatun Əliyevanın parodiyasına narazılıq edib.

Axşam.az-ın məlumatına görə, aşıq bu haqda "Star life" verilişində deyib:

"Məni parodiya edə bilməz. Biri var parodiya, biri də var yamsılamaq. Səsimin tonu Xatunda alınmaz. Dəqiq edə bilərsə, etsin. Bacarmayacaqsa, heç etməsin. İnsanlar baxanda deyəcək ki, sünidir, alınmadı. Mən olsam, etmərəm. Mənim kimi danışa biləcək? Alınmasa, ona sözüm olacaq. Getsin, çoxlu məşq etsin. Mən Xatundan kökəm. Gəlsin, bəzək əşyalarımı da verim. Bilmirəm, bəlkə alınacaq".