"Kişilər etiraz edir ki, obrazım pis örnəkdir" - Vüsalə

"Kişilər etiraz edir ki, obrazım pis örnəkdir" -  Vüsalə
7252 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı Vüsalə Əlizadə "Qardaşlar" serialındakı Dəniz obrazından danışıb.

Axşam.az-ın məlumatına görə, o, "Bizimləsən" verilişində bu rolunun kişiləri qıcıqlandırdığını deyib:

"Sosial şəbəkədə məni qınayırlar. İnstaqramda kişilər yazıb etiraz edir ki, kişini bu qədər sıxmaq olar? Qadınlara pis örnəkdir. Bu, mənim günahım deyil. Ssenarist yazır. Mən də yaxşı oynayıram ki, tamaşaçı qıcıqlanır. Mənim aktyorluq təhsilim var. İndiyə kimi bu bacarığımı üzə çıxarmamışdım. Hər zaman təklif gələndə deyirdim ki, komediya yox, dram istəyirəm. Bir qadının faciəsini oxumuşdum. Real hadisə idi. Qadın ruhi xəstə olub. Nə vaxtsa onu da canlandıracağam".