Ərdoğan Gülün qayınatasının dəfnində - fotolar

Ərdoğan Gülün qayınatasının dəfnində - fotolar
3013 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyənin 11-ci prezidenti Abdullah Gülün qayınatası Ahmet Özyurtun dəfnində siyasi xadimlər iştirak edib.

Axşam.az-ın "Hürriyet"ə istinadən məlumatına görə, dəfndən əvvəl A.Gül sosial mediadakı profilindən maraqlı çağırış edib:

"Qayınatamın vəfatı ilə əlaqədar çələng göndərmək istəyən dostlarımızın çələng əvəzinə özlərinin seçdiyi xeyriyyə və ya təhsil fonduna kömək etmələrini xahiş edirəm".

Dəfndə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və birinci xanım Əminə Ərdoğan, baş nazir Əhməd Davudoğlu və xanımı Sare Davudoğlu iştirak edib. Onlar Gülün xanımı Hayrünnisaya başsağlıqlarını bildiriblər. Ərdoğan A.Güllə birgə cənazənin daşınmasına kömək edib.