"Bizi bir-birimizə yaraşdırırlar" - fotolar

"Bizi bir-birimizə yaraşdırırlar" -  fotolar
9103 dəfə oxunub
  • A-
  • A
  • A+
"Güneşin kızları" serialının qəhrəmanları Hande Erçel və Tolqa Sarıtaş Sevgililər gününə özəl müsahibə verib.

Axşam.az-ın "Hürriyet"ə istinadən xəbərinə görə, aktyorlar haqlarında çıxan sevgili dedi-qodularana aydınlıq gətirib:

"Şayiələrin yaranması normaldır. Çünki rolumuzu gözəl oynayırıq. Buna görə də insanlar bizi bir-birimizə yaraşdırırlar".

Tolqa Sarıtaş pərəstişkarların çoxluğundan danışıb:

"Mənə qarşı insanlarda hədsiz sevgi var. Bunu sosial şəbəkələrdə və küçədə gəzərkən görürəm. Canlandırdığım obraz gənclərin xoşuna gəlir. Onlar bizim hekayəmizdə özlərini gördülər. Bugünə kimi heç kimi sevmədim".

"Filmdə hər kəsin diqqətini çəkən sevgi hekayəsi var. Buna görə də maraqla izlənir. Gözəl bir sevgi yaşamışam. Ona görə də obrazımı belə həqiqi oynayıram" deyə, Hande bildirib.