"Evlənməyini istəmirik"

"Evlənməyini istəmirik"
7929 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Keremcem xeyriyyə tədbirində iştirak edib.
 
Axşam.az “Hürriyet”ə istinadən xəbər verir ki. romantik mahnılarını səsləndirən ifaçı fanatlarının suallarını cavablandırıb. Keremcem “Sevgililər günündə sevgilinizə etdiyiniz ən böyük sürpriz nədir” sualına belə cavab verib:

“Mənim üçün ən önəmli sürpriz mahnı bəstələməkdir. Mən bəstə yazmışdım, amma mənə edilən sürprizi xatırlamıram. Onsuz da, sürprizləri sevmirəm”.

“O hayat benim” serialında birlikdə çəkildiyi Ezgi Asaroğlu ilə münasibətdə olan Keremcem “Yenidən evlənməyi düşünürsünüz” sualına isə “Evlilik iki nəfərin yaşaya biləcəyi gözəl bir hissdir. Biz sevgi ilə başlayıb, hörmətlə bitirdik (əvvəlki nikahı haqda – red.). Ailə qurmaq düşüncə ilə deyil, ürəklə qurulmalıdır” cavabnı verib.

Fanatları isə müğənniyə bir ağızdan “Evlənməyini istəmirik” deyiblər.