Təbrizdə "Qarabağ bizimdir!" şüarı - video

Təbrizdə "Qarabağ bizimdir!" şüarı - video
2518 dəfə oxunub
  • A-
  • A
  • A+
Asiya Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turunun oyunları keçirilib.

Axşam.az "Report"a istinadən xəbər verir ki, Təbrizin "Traktor Sazi" klubu öz meydanında Özbəkistanın "Paxtakor" klubunu qəbul edib. Oyun 2:0 hesabı ilə Təbriz klubunun xeyrinə başa çatıb. Oyun zamanı "Ya ölüm, ya Qarabağ", "Qarabağ bizimdir, bizim olacaq!" şüarları səsləndirilib, plakatlar qaldırılıb.

Qeyd edək ki, bu oyundan sonra 9 xal toplayan qrupdakı birinciliyini bərkidib. "Paxtakor" isə 4 xalla 3-cü pillədə qərarlaşıb.