"Hər kəs kişi olmağı məndən öyrənəcək" - Yılmaz Morgül

"Hər kəs kişi olmağı məndən öyrənəcək" - Yılmaz Morgül
11538 dəfə oxunub
  • A-
  • A
  • A+

"Survivor" yarışmasındakı iştirakı ilə yenidən gündəmə gələn müğənni Yılmaz Morgül proqramı tərk etdikdən sonra ilk dəfə müsahibə verib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, adada 10 həftə qalaraq 14 kiloqram arıqlayan Yılmaz "İstanbul olmaz olsun" adlı mahnısını təqdim etməyə hazırlaşır.

- Həqiqətən, adada gizli də olsa, yemək vermirlər?
- 72 kiloqram çəkiylə getdim, 58 gəldim. Dəlisiniz? Nə yemək? Həftədə bir az düyü ununu dəniz suyuna qatıb yeyirdik, sonra yenə acırdıq.

- Bəs tualet?
- (gülür) Meşənin dili olsa, danışar. Tualet kağızı da yox idi.

- Ağlamağınız, mübahisələriniz - bütün hərəkətlərinizin hər kəsi güldürəcəyini bilirdiniz, düzdür?
- Nəinki izləyiciləri, adadakıları da çox güldürürdüm. Onların "yaşam koçu" oldum, motivasiya etdim.

- Reytinq sayğacı kimisiniz...
- Doğrudur, ona görə Tarkan kimi hər zaman axtarılacağam.

- Bülent Ersoy siz adada olanda ilk dəfə haqqınızda yaxşı şeylər dedi.  O da sizinlə reytinq qazanmaq istəyirdi?
- Bilmirəm, amma məncə o da məni yaxından tanımırdı. Zeki Müren, Bülent Ersoy və Yılmaz Morgül tarixə düşəcək.

- Bülent Ersoy adada yarışmaçı ola bilərdi?
- Əsla, Bülent xanım qumda heç nə edə bilməz. Makiyajsız adaya çıxmazdı, yanardı. Mən ona orada uşaq kimi qulluq edərdim.

- Acun İlıcalının sizi yeni bir layihəyə hazırladığı doğrudur?
- Çox güldüm, belə dedi-qodular yayıblar. Hələ dəqiq bir şey yoxdur. Amma gələn serial, film, reklam və proqram təkliflərini dəyərləndirməyi düşünürəm. Amma əsas musiqidir. Anamı kiməsə əmanət edib "Survivor"a heç vaxt getməzdim. Amma Acun bəyi ailəmizdən biri kimi hiss etdim...

- "Survivor"dan sonra nə dəyişdi?
- Hər kəsə kim olduğumu göstərdim. Kişiliyin, adamlığın kitabını yenidən yazacağam, hər kəs kişi olmağı məndən öyrənəcək. Özümü göstərmək üçün adaya getmişdim.