"Müğənni başıma elə oyun açdı ki..." - Təranə+fotolar

"Müğənni başıma elə oyun açdı ki..." -  Təranə+fotolar
5500 dəfə oxunub
  • A-
  • A
  • A+
Prodüser Təranə Səmədova yenidən aparıcılıq edəcək.

Bu haqda Axşam.az-a açıqlamasında deyən prodüser layihənin artıq hazır olduğunu bildirib:

“Aparıcılığa geri qayıdıram. Hazırda layihənin son hazırlığı gedir. Sırf şou xarakterli deyil. Müzakirələr olacaq. Efirə çıxana qədər yolumu kəsmək istəyənlər çox ola bilər. Ona görə də kanalın adını gizli saxlayıram”.

T.Səmədova prodüserlik fəaliyyətinə bir müddətlik ara verdiyini deyib:

“Şou-biznesdə elə bir durğunluq yaranıb ki... Həm də işləməyimə layiq müğənni yoxdur. Yaxşı müğənnilərin isə prodüseri var. Təkliflər gəlir, amma dəyərləndirmirəm. Görürəm ki, mənim əziyyətimə layiq deyillər. Vəfasızlıqla çox rastlaşmışam. Son çalışdığım müğənni isə başıma elə oyun açdı ki...”.

Son vaxtlar xeyli kökələn Təranə idmana başladığını söyləyib:

“İdman edirəm, çəkim azalır. Çəkimi atandan sonra əməliyyat etdirəcəm. Amma nədən olacaq hələ sirr qalsın”.

Foto: Ramin ASLANOV