Tatlısəs 26 il sonra qızını qəbul etdi - fotolar

Tatlısəs 26 il sonra qızını qəbul etdi - fotolar
18362 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni İbrahim Tatlısəs 26 il sonra Dilan Çıtakın onun qızı olduğunu qəbul edib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi İnstaqram hesabından paylaşdığı fotoda “Əhməd Səlimin, Gülşənin, Güldənin, Mələyin, Dilanın, İdonun, Elif Adanın atasıyam... Bundan başqa nə ola bilər ki? Əslini inkar edən bizdən sayılmaz” yazıb.


 
İbrahim Tatlısəsin bu paylaşımından qısa müddət sonra özü kimi müğənnilik edən qızı Dilanın da cavabı gecikməyib:

“10 illik həsrətim sona çatdı. Bundan əvvəl də sənə dualar etdim, bundan sonra da elə olacaq. Qırılan könlümü aldığın üçün, təşəkkürlər, ata...”.



Xatırladaq ki, Dilan Çıtak verilişlərin birində İbrahim Tatlısəsin qızı olduğunu, ancaq atası tərəfindən qəbul edilmədiyini bildirmişdi. O, “Bu günahı axirətdə necə daşıyacaq?” deyə Tatlısəsə sitəm etmişdi.