Cinsini dəyişən Rüzgar ekranlara dönmək istəyir

Cinsini dəyişən Rüzgar ekranlara dönmək istəyir
5559 dəfə oxunub
  • A-
  • A
  • A+

Cinsini dəyişən aktrisa Rüzgar Erkoçlar (əvvəlki adı Nil) ekranlara dönmək istəyir.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, İnstaqramda paylaşdığı fotolarla gündəmə gələn Erkoçlar rejissor və prodüserlərdən gileylənib. O, serial və film aləmindəki insanlardan incidiyini deyib:

"Təklif gəlmir. Vaxtımı evdə idmana və rəsmə ayıraraq keçirirəm. Çox darıxıram. Obraz tələnim yoxdur, inandığım istənilən layihədə yer alaram".

Qeyd edək ki, qız fanatları da çox olan Rüzgar çorab və köynək dizaynı ilə məşğuldur.