Ağdamda dinc sakinlər yaralanıb - fotolar

Ağdamda dinc sakinlər yaralanıb - fotolar
1314 dəfə oxunub
  • A-
  • A
  • A+
Aprelin 28-də erməni silahlı birləşmələrinin Ağdamı ağır artilleriyalardan atəşə tutması nəticəsində yaralanan 3 nəfər Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
 
Axşam.az Trend-ə istinadən xəbər verir ki, bunlar Çəmənli kənd sakinləri 1967-ci il təvəllüdlü Məmmədov Adil Muslu oğlu, 1996-cı il təvəllüdlü Qaraşova Şəbnəm Səyyad qızı və 1978-ci il təvəllüdlü Elnur Məmmədovdur.

Yaralıların ikisi qəlpə yarası alıb. Hazırda yaralıların vəziyyətləri sabitdir, həyatı təhlükə yoxdur.