"Baxmayın mən belə bəzənirəm..." - Afaq Gəncəli

"Baxmayın mən belə bəzənirəm..." -  Afaq Gəncəli
14672 dəfə oxunub
  • A-
  • A
  • A+
“Kiminsə xətrinə dəyəndə əziyyət çəkirəm. Düşünürəm ki, o da mənim xətrimə dəyə bilər, lap çox pis olaram. Ona görə də mən heç kimi incitmirəm".

Bu sözləri Axşam.az-a açıqlamasında ATV-nin aparıcısı Afaq Gəncəli deyib. O, pislik edənlərdən danışıb: 

“Kimsə nəsə istəyəndə, mənə ziyan olsa da, yerinə yetirirəm. Deyirəm, Allah bunun savabını anama, qardaşıma, onun balalarına yazsın. Heç kim bu dünyada qalmayacaq. Pisliklərlə hara gedəcəyik? Sabah köçəndən sonra arxamızda xoş danışsınlar. Mənim fərqli düşüncələrim, yaşam tərzim var. Dostlarıma deyirəm ki, baxmayın, mən belə bəzənirəm, qlamur görünürəm. Bunlar hamısı görüntüdür. İçimi yarsalar, mən kişiyəm, özümü belə hiss edirəm. Camaat üçün bəzənirəm ki, mən qadınam. Atam həmişə deyirdi ki, Afaq mənim oğlumdur. Bu sadəcə zahiri görünüşdür”.

Tez-tez imicini dəyişən A.Gəncəli bunu depressiya ilə əlaqələndirənlərə cavab verib:

“Deyirlər ki, qadınlar depressiyaya düşəndə saçlarını kəsirlər. Mən əsla belə etmirəm. Kimdənsə küsülü ola bilərəm, özümü tez toparlayıram. Reallıqla yaşayıram. Kimsə məni incidirsə, düşünürəm ki, bunla ölməyəcəm ki… O, məni sınmış görmək istəyir, əsla, elə olmaram. Heç kimin mənə yazığının gəlməsini istəmirəm. Ona görə də mənim dərdim içimdədir, heç kimə göstərmirəm".

Foto: Ramin ASLANOV