Prezidenti təhqir etdiyi üçün həyat yoldaşından boşandı - video

Prezidenti təhqir etdiyi üçün həyat yoldaşından boşandı - video
5064 dəfə oxunub
  • A-
  • A
  • A+

İzmirdə qeyri-adi hadisə baş verib.

Axşam.az-ın "Hürriyet"ə istinadən məlumatına görə, Ali D. adlı kişi həyat yoldaşının Türkiyə prezidenti Rəcəb Tayyip Erdoğanı təhqir etdiyi anların səsini yazıb. O, bunu evdə televizora baxdıqları zaman ekranda prezidenti görüncə həyat yoldaşının əsəbiləşdiyi zaman edib. Kişi həyat yoldaşından təhqirlərini saxlamasını istəsə də, qadın onu dinləməyib. Ali də onun səsini yazaraq prokurorluğa şikayət edib:

"Prezidentimizi çox ağır təhqir etdi. Söyüşləri dayandırmasını istədim, amma qulaq asmadı. Dedim "sənin təhqirlərini yazıb, şikayət edərəm". O, da "diktafonu aç, təhqirlərimi edim, heç kimdən qorxmuram" dedi. Həm məni, həm prezidenti söydü... Mənim boşanacağımı bilib cəld davrandı, boşanmaq üçün özü ərizə verdi. Prezidentimizi təhqir edən birindən mənə həyat yoldaşı olmayacağını düşünürəm. Bu evliliyi davam etdirməyə ehtiyac yoxdur. Mən qarşılıqlı razılaşma ilə boşanmaq istədim".

Məhkəmə onları ilk ərizədə boşayıb.

Qeyd edək ki, TIR sürücü olan 40 yaşlı Ali 3 il əvvəl 38 yaşlı G.D ilə evlənib. Bu, Alinin ikinci evliliyidir.