YUĞ Dərbənddə tamaşaya hazırlaşır

YUĞ Dərbənddə tamaşaya hazırlaşır
1284 dəfə oxunub
  • A-
  • A
  • A+
YUĞ Dövlət Teatrının rejissoru Mir Sahib Ağazadə Dərbənddə yerləşən Azərbaycan Dövlət Dram Teatrında Cəlil Məmmədquluzadənin nəsr əsərləri əsasında “Danabaşlar” adlı yeni tamaşa hazırlayır.

Teatrın mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, tamaşanın janrı bir hissəli qəmli komediya kimi təyin olunub. Tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı Naida Alimetova, ikinci rejissoru Hörmət Aslanovdur. Səhnə əsərinin premyerası iyun ayının əvvəllərinə planlaşdırılır.
 
Teatrın mətbuat xidmətindən əlavə ediblər ki, sözügedən teatrda Dağıstanın əməkdar artisti Yaqut Xandadaşovanın quruluşunda “Hicran” tamaşasının hazırlanması da nəzərdə tutulub. Teatrda uzun müddət ikinci rejissor işləyən Hörmət Aslanova da yeni bir tamaşanın quruluşu həvalə olunub.