Gənc Tamaşaçılar Teatrı Londona qastrola hazırlaşır

Gənc Tamaşaçılar Teatrı Londona qastrola hazırlaşır
274 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı mayın 28-dən iyunun 2-dək Londonda qastrol səfərində iştirak edəcək.

Teatrın mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, Böyük Britaniyada fəaliyyət göstərən “UMUD Ltd Company” şirkətinin dəvəti ilə keçiriləcək qastrol səfərində M.F.Axundzadənin “Hekayəti xırs quldurbasan” tamaşası nümayiş etdiriləcək.

2009-cu ildə xalq artisti Cənnət Səlimova tərəfindən səhnələşdirilən tamaşada əməkdar artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev, Leyli Vəliyeva, Gülər Nəbiyeva, aktyorlar Şəbnəm Hüseynova, Natiq Fərzəliyev, İlham Əsədov, Elnur Kərimov, Elşən Hacıbabayev, Kərəm Hadızadə, Eşqin Quliyev, Aydın Dəmirov iştirak edəcəklər.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gerçəkləşəcək səfərdə nümayəndə heyətinə nazirliyin teatr sektorunun müdiri Naidə İsmayılzadə rəhbərlik edəcək.