​Leyla Əliyeva onları sevindirdi - fotolar

​Leyla Əliyeva onları sevindirdi - fotolar
3220 dəfə oxunub
  • A-
  • A
  • A+
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində olub.

Heydər Əliyev Fondundan Axşam.az-a verilən məlumata görə, Daun sindromlu uşaqlarla görüşən Leyla Əliyeva Mərkəzdə yaradılmış reabilitasiya kurslarının gedişi ilə maraqlanıb, Nəsimi rayonunda yerləşən 1 nömrəli körpələr evində tərbiyə alan körpələrə baş çəkib. Dərnəklər və əyləncə otaqları, hazırlıq kurslarında olan Leyla Əliyeva Mərkəzin "Dəcəllər" teatrının hazırladığı tamaşaya baxıb.

Xatırladaq ki, Nəsimi rayonundakı 1 nömrəli körpələr evi Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir edilərək, 2015-ci il mayın 10-da yenidən istifadəyə verilib. Binanın tamamilə yenilənməsi, müasir avadanlıqlarla təchizolunması ilə yanaşı, buranın sakinləri olan körpələr Heydər Əliyev Fondunun daimi qayğısı ilə əhatə edilib.