Əməkdar artistin səhhəti pisləşib

Əməkdar artistin səhhəti pisləşib
2446 dəfə oxunub
  • A-
  • A
  • A+

Ömrünün 40 ildən çoxunu Azərbaycan teatrında çalışmış, əməkdar artist, 81 yaşlı Məcnun Hacıbəyovun səhhətində problem yaranıb.

Axşam.az-ın anspress-ə istinadən məlumatına görə, o, ürək xəstəliyindən şikayət edir.

“Mənim ürəyim xəstədir, dərman atıram, ürəyimdən o qədər də narazı deyiləm, ancaq arada özümü pis hiss edirəm”, - deyə Məcnun Hacıbəyov bildirib.

Məcnun Hacıbəyov 2010-cu ildə işlədiyi Azərbaycan Dövlət Dram Teatrından küsərək doğulduğu Qubanın İkinci Nüqədi kəndinə qayıdıb və həmin vaxtdan Nüqədi kəndində yaşayır.

Əməkdar artist ulu babası ilə bağlı indiyə qədər heç yerdə açıqlamadığı maraqlı bir faktı da deyib.

“Mənim 7-ci babam - Valey gürcü olub. Bizim nəsil gürcü əsillidi. Onlar Gürcüstandan Azərbaycana gəliblər. Babam bir lal qızla ailə qurub və islamı qəbul edib. O, daş alveri ilə məşğul olub", - deyə aktyor bildirib.

Qeyd edək ki, aktyor "Atayevlər ailəsi", "Göz həkimi", Qəzəlxan", "Sabiqlər", "Yarımştat" və s. ekran işlərində yer alıb.