"Onları görəndə kanalı dəyişirlər" - xalq artisti

"Onları görəndə kanalı dəyişirlər" - xalq artisti
2502 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Faiq Ağayev yeniliklərindən danışıb.

Axşam.az-ın məlumatına görə, müğənni “Star life” verilişinə açıqlamasında yaxın günlərdə yeni mahnılar təqdim edəcəyini deyib:

“Hazırda studiyada iki mahnı hazırlanır. Biri tələbələrimlə birlikdə oxuduğum “Laçın” mahnısıdır. Onun solo versiyasını hazırlayıram".
 
Xalq artisti konsert vermək barədə fikrini belə izah edib:

"Yarımçıq, necə gəldi konsert keçirə bilmərəm. 28 ildir səhnədəyəm, həmişə konsertlər vermişəm".

F.Ağayev şou-binzesin bugünkü vəziyyətini belə analiz edib:

“Mənim birinci təhsilim həkimlikdir. Belə halda deyirlər ki, pasient hələ sağdı, yəni nə ölür, nə də dirilir. Ciddi psixoloji problemi olanlar görünmür. Bu aləmi şərh etməyə gəlməmişəm. Mən qəlbimdəki oxumaq istəyini göstərməyə gəlmişəm. Düzdür, bir sənət adamı kimi mənə təsiri olur. Hər şeyin qiymətini xalq verir, bəyənmədiklərini görəndə kanalı dəyişirlər. Sənin ətrafdakılarla nə işin var? Öz işinlə məşğul ol. Pisə baxıb yaxşını niyə qaralayım? O vaxtlar mənə güclü, əsassız təzyiqlər olmuşdu. Uşaq deyildim, amma cavan idim. Həmin vaxtlar “Asdılar məni” mahnısını oxumuşdum. Sənətə kəfənimizi geyinib gəlirik. Gözləyirik ki, nəsə baş verəcək”.