Bakıda tapılan ayı balası klinikaya təhvil verilib

Bakıda tapılan ayı balası klinikaya təhvil verilib
1484 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün Bakıda tapılan ayı balası  Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təhvil verilib.

Axşam.az xəbər verir ki, nazirlik isə ayını Xızıda yerləşən Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən  Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına göndərib. Bu barədə anspress- Nazirliyin mətbuat xidmətinin rəhbəri  İradə İbrahimova  məlumat verib.

“Ayı balası klinikada bir müddət reabilitasiya keçdikdən sonra vəhşi təbiətə, yəni meşəyə buraxılacaq”, – deyə İradə İbrahimova bildirib.

Amma ayının sahibi və haradan gəldiyi barədə məlumat verilmir. 

Ayı balası ötən gün Zığ qəsəbəsi, Hövsan yolunun üstündə yerləşən "BakuBus"ın avtomobil parkı yaxınlığında tapılıb.  Vəhşi heyvanın insanlara zərər vərməməsi üçün Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gələnə qədər DİN Baş Mühafizə İdarəsinin Suraxanı rayon şöbəsinin əməkdaşları onu nəzarətdə saxlayıblar.