Sənəd qəbulu başa çatdı

Sənəd qəbulu başa çatdı
3727 dəfə oxunub
  • A-
  • A
  • A+
2016/2017-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu başa çatıb.

TQDK-dan Axşam.az-a verilən məlumata görə, ərizələrin qəbulu aprelin 1-dən 28-dək internet vasitəsilə aparılıb. 
 
I-IV qruplar üzrə sənəd verən abituriyentlər növbəti mərhələdə qəbul imtahanlarında iştirak edəcəklər.
 
Qəbul imtahanları aşağıdakı tarixlərdə keçiriləcək:

1. Cari ilin məzunları: I və IV qruplar - 15 iyul, II və III qruplar - 23 iyul
2. Əvvəlki illərin məzunları: II və III qruplar - 15 may, I və IV qruplar - 22 may

Abituriyentlər qəbul imtahanlarında iştirak etmək üçün imtahana 3 gün qalmışTQDK-nın rəsmi internet saytına daxil olaraq elektron ərizə verərkən istifadə etdikləri iş nömrəsi və şifrdən istifadə etməklə “Abituriyentin imtahana buraxılış vərəqi”ni çap etməlidirlər.

Buraxılış vərəqəsində abituriyentin imtahan verəcəyi ünvan, imtahanın tarixi, vaxtı və digər məlumatlar qeyd olunur.