Bəzi marşrutların son dayanacağı dəyişdi

Bəzi marşrutların son dayanacağı dəyişdi
8711 dəfə oxunub
  • A-
  • A
  • A+
Son dayanacağı “Qara Qarayev” metro stansiyasının önündə olan bəzi marşrutların dayanacaqları dəyişib.

Axşam.az xəbər verir ki, bu haqda Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, həmin marşrutlar 160, 170, 172 və 189 nömrəli marşrutlardır. Marşrutların dayanacaqlarının dəyişməsinə səbəb “Qara Qarayev” metro stansiyasının önündə yaranan nəqliyyatın sıxlığı olub.
 
Qeyd edək ki, həmin marşrutların avtobusları “Koroğlu” metro stansiyasının yaxınlığında yerləşən Nəqliyyatı Mübadilə Mərkəzində dayanacaq.