Canlı yayımda milyarderin cibindən 8 min çıxdı

Canlı yayımda milyarderin cibindən 8 min çıxdı
3795 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli iş adamı Ali Ağaoğlu canlı yayımda kredit kartının limitini açıqlayıb.

Axşam.az-ın "Hüriyyət"ə istinadən xəbərinə görə, biznesmen kredit kartının limitinin 50 min lirə (26 min manat) olduğunu deyib.

Daha sonra isə Ağaoğlu aparıcının istəyi ilə cibindəki pulları çıxarıb. Onun cibində 8 min 400 lirə (4500 manat) olub.

İş adamı daha sonra "Alış-veriş zamanı heç vaxt məbləği hissələrə böldürmədim. Cəmi bir ədəd kredit kartım var. Bu da mənə bəs edir" deyə, bildirib.